Poçettino: “O, meydanda qatilə çevrilir”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Mauro İkardi haqda danışıb.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis, İkardinin az şans qazanması haqda bunları deyib:

“İkardi daha çox şans qazanmaq istəyir. Onu başa düşürəm, amma hər futbolçu bizim üçün önəmlidir.

İkardi bacarıqları olan bir futbolçudur. O, meydanda qatilə çevrilir. İkardi hər bir komandanın ehtiyacı olan futbolçulardandır”.

İkardi bu mövsüm PSJ ilə 19 oyunda 4 qol vurub. Argentinalı hücumçu komandasının Liqa 1-in 19-cu turunda “Loryan”a qarşı heç-heçə etdiyi oyunda (1:1) bərabərlik qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button