PSJ-nin İkardiylə bağlı qərarı

PSJ “İnter”dən icarəyə götürdüyü Mauro İkardiylə bağlı qərarını verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi qış fasiləsində İkardinin transfer hüquqlarını satın almaq üçün “İnter”lə danışıqlara başlayacaq.

İkardinin PSJ-ylə icarə müqaviləsində “65 milyon avroya transfer hüquqlarına sahib olmaq” maddəsi də var.

Bu mövsüm PSJ ilə 7 oyunda 7 qol vuran argentinalı hücumçu, bir müddət əvvəl verdiyi açıqlamada Parisdə xoşbəxt olduğunu demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button