İkardi üçün 60 milyon avroluq təklif

Fransanın PSJ klubu icarə əsasında heyətinə qatdığı Mauro İkardini komandada saxlamaq niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu müqavilə ilə “İnter”ə məxsus olan 27 yaşlı futbolçunu növbəti mövsüm də heyətində görmək istəyir. Parislilər argentinalı futbolçunun transferi üçün “İnter”ə 50 milyon+10 milyon (bonus) avro təklif edəcək.

İkardi də PSJ-də qalmağa müsbət yanaşır.

“İnter” futbolçunun təzminat məbləğini 70 milyon avro olaraq müəyyənləşdirib.

İkardinin Milan klubu ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.