PSJ-də növbəti ciddi itki

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb. Baldırından zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir.

Verrattinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə oyunu buraxacağı bildirilir. PSJ turnirdə mərhələ adlasa, 27 yaşlı futbolçunun digər oyunlarda da iştirak edə bilməyəcəyi qeyd olunur.

PSJ-də daha əvvəl hücumçu Kilian Mbappe sıradan çıxıb.

“Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.