Veynaldum PSJ-yə lazım olmadı

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, heyətdə niderlandlı yarımmüdafiəçi Corcinyo Veynalduma yer verilməyib.

Fransa klubu mövsümün əvvəlində “Liverpul”dan heyətinə qatdığı 31 yaşlı futbolçunu “Real”la oyunlar üçün UEFA-ya sifariş etməyib.

Veynaldum bu mövsüm PSJ ilə 25 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

PSJ ilə “Real” arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button