Proqnoz: “Makkabi” – “Zirə” matçında anşlaq olacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə “Makkabi” (Təl-Əviv) arasında İsraildə keçiriləcək cavab oyununda anşlaq olacaq.

Komanda.az xəbər verir ki, İsrail mətbuatı “Makkabi”nin yeni mövsümdəki ilk ev oyunlarına böyük maraq olduğunu yazıb. Belə ki, 2022/23 mövsümü üçün azarkeş abunəliyi yenilənib. 18 min azarkeş klubun elanından dərhal sonra mövsümlük abunəliyini yeniləyib.

“Makkabi” rəhbərliyi “Zirə” ilə oyun üçün satışa çıxarılacaq biletlərin qısa müddətdə alınmasını gözləyir. “Zirə” ilə matçda 29 min 400 nəfərlik tutuma malik “Blumfild” stadionunun dolu olacağı proqnozlaşdırılır.

“Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də “Dalğa Arena”da, cavab matçı isə bir həftə sonra İsraildə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button