İsveçrəli futbolçu top-klubların hədəfindədir

“Frayburq”un yarımmüdafiəçisi Yohan Manzambi İngiltərə Premyer Liqasının bir neçə top-klubu tərəfindən izlənilir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 20 yaşlı oyunçu ilə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.

Almaniya klubunun rəhbərliyi Manzambini 50 milyon avroya satmağa hazırdır. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

İsveçrəli futbolçu bu mövsüm Bundesliqada 31 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button