Premyer Liqanın oyunları gizli keçirilə bilər

Futbol üzrə Ukrayna Premyer Liqasında 2022/2023 mövsümünün oyunları gizli şəkildə keçirilə bilər.

Komanda.az xarici KİV-ə xəbər verir ki, buna səbəb hazırda ölkədə Rusiya ilə davam edən müharibədir. Ukraynanın Fövqəladə Hallar Nazirliyi mümkün terror təhlükəsi ilə əlaqədar oyunların start tarixini və harada oynanılacağını açıqlamamağı xahiş edib.

Ukrayna çempionatı avqustun 23-də start götürəcək.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin