“Yuventus”un futbolçusu Premyer Liqanın 3 klubunun hədəfindədir

“Yuventus”un hücumçusu Federiko Kyeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, italiyalı forvardın xidmətində “Arsenal”, “Çelsi” və “Nyukasl” kimi klublar maraqlıdır.

“Yuventus” oyunçunu A Seriyasından hansısa kluba satmaqdansa, xaricə satmağa üstünlük verir.

26 yaşlı futbolçunun klubla müqaviləsi bir ildən sonra başa çatır və onun gələcəyi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.

Kyeza son İtaliya çempionatında 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button