Premyer Liqa klubundan yeni transfer

“Sauthempton” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Luton Taun”un müdafiəçisi Ceyms Brini transfer edib.

Çempionşip təmsilçisi bu transferdən 850 min avro qazanıb. İngiltərədən olan 25 yaşlı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bri karyerasına “Barnsli”də başlayıb. 2017-ci ildə “Aston Villa”ya transfer olunan müdafiəçi bu komandada 28 oyuna çıxıb. Sağ cinah müdafiəçisi 2019-cu ildə “İpsviç Taun”a, növbəti ildə isə “Luton Taun”a icarəyə verilib. 2020-ci ilin sentyabrında “Luton Taun” onu birdəfəlik transfer edib. Futbolçu Çempionşip təmsilçisində meydana çıxdığı 143 oyunda 2 qol vurub.

Yeri gəlmişkən, “Luton Taun” Premyer Liqa təmsilçisi “Lids”dən müdafiəçi Koudi Drameni icarəyə götürüb. 21 yaşlı ingilis mərkəz müdafiəçisi bu mövsümün sonunadək icarədə oynayacaq. “Lids”in öz yetirməsi olan futbolçu bu klubun əsas komandasında 43 oyuna 2 qol vurub. O, 2022-ci ildə “Kardiff Siti”də də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button