Premyer Liqa klubundan 20 milyon avroluq transfer

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Danilonu transfer edib.

21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb. İngilislər bu transfer üçün Braziliya klubuna 20 milyon avro təzminat ödəyiblər.

Danilo 2020-ci ilin oktyabrından formasını geyindiyi “Palmeyras”da 141 oyuna 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button