Premyer Liqa klubundan 13,5 milyonluq transfer

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Betis” klubundan Aleks Morenonu transfer edib.

İspaniyadan olan 29 yaşlı oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. İngiltərə klubu bu transferə görə “Betis”ə 13,5 milyon avro ödəyib.

Moreno 2019-cu ildən “Betis”də forma geyinirdi. O, “Vilyafranka”, “Lyaqostera”, “Rayo Valyekano” və “Elçe” kimi klublarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button