Premyer Liqa klubu “sükan”ı Lopeteqiyə tapşıra bilər

“Vulverhempton”un keçmiş baş məşqçisi Xulen Lopeteqi “Nottingem Forest”in baş məşqçisi ola bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis namizədlərdən biridir.

Hazırda ispaniyalı məşqçi klubsuzdur. Bundan əvvəl Lopeteqinin Səudiyyə Ərəbistanından gələn böyük maaş təklifindən imtina etdiyi bildirilirdi.

“Nottingem Forest” Premyer Liqanın 15 turundan sonra turnir cədvəlində 16-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button