Adil klubsuz qaldı

Portuqaliyanın “Boavişta” klubu futbolçusu Adil Rami ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə “Boavişta”nın mətbuat xidməti məlumat yayıb.

Rami 2020-ci ilin sentyabrından “Boavişta”da çıxış edirdi.

Daha əvvəl Fransada “Lill”, “Marsel”, İspaniyada “Valensiya”, “Sevilya”, İtaliyada “Milan”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Soçi” kimi klublarda top qovan Rami, Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.