Poçettino “Çelsi” rəhbərliyinə müraciət edib

“Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino istefaya göndərildikdən sonra klubun sahiblərinə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı klub rəhbərliyinə “Çelsi” kimi böyük komandanı idarə etmək fürsəti yaratdıqlarına görə minnətdar olduğunu bildirib:

“Klubun sahiblərinə və rəhbərliyinə müraciət etmək istərdim. Premyer Liqaya qayıtmaq və “Çelsi” kimi böyük komandanı idarə etmək fürsəti yaratdıqlarına görə minnətdaram. Mənə verdiyiniz dəstəyə görə çox sağ olun. Bütün oyunçulara və azarkeşlərə də təşəkkür edirəm”.

Poçettino mayın 21-də “Çelsi”nin baş məşqçi postunu tərk edib. Komanda onun rəhbərliyi altında Premyer Liqada 6-cı yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button