“Nyukasl”ın daha yaxşı təklifini rədd edib – “Qarabağ”ın rəqibi ilə anlaşıb

“Parma”nın baş direktoru Federiko Kerubini müdafiəçi Covanni Leoninin “Liverpul”a keçidi ilə bağlı açıqlama verib.

Komanda.az “Gazzetta di Parma”-ya istinadən xəbər verir ki, klub rəsmisi, hətta “Nyukasl”ın daha sərfəli təklifini rədd etdiklərini bildirib:

“Həmişə demişik ki, onu komandada saxlamaq istəyirdik və o da qalmaqdan məmnun olacağını söyləyirdi. Hətta “Nyukasl”ın daha sərfəli təklifini də rədd etdik, hansı ki, nəticədə “Liverpul”un təqdim etdiyi müqavilədən üstün idi”.

Kerubini əlavə edib ki, Leoninin İngiltərə Premyer Liqasına keçidində əsas rol futbolçunun arzusu olub:

“O, belə məşhur kluba qoşulmaq fürsətindən məmnun idi”.

18 yaşlı müdafiəçi yeni komandasında hələ meydana çıxmayıb.

“Qarabağ” gələn il yanvarın 28-də UEFA Çempionlar Liqası matçında səfərdə “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button