Paketa vətəninə qayıdır

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa Braziliya çempionatına qayıdır və karyerasını “Flamenqo”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “ESPN Brasil” məlumat yayıb.

Klublar arasında danışıqlar uğurla yekunlaşıb və transferin maliyyə detalları razılaşdırılıb. Braziliya təmsilçisinin rəhbərliyi Paketa üçün 41,2 milyon avro ödəyəcək.

28 yaşlı yarımmüdafiəçi “Vest Hem”də 2022-ci ilin avqustundan çıxış edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.

Braziliyalı futbolçu cari mövsümdə Premyer Liqada 18 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Bu transfer “Flamenqo” üçün böyük investisiya sayılır və Paketanın geri dönüşü klubun hücum xəttinə ciddi güc qatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button