“Özümüzü 80 dəqiqə fəda etdik” – Hummels

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Mançester Siti”yə məğlubiyyəti (1:2) şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan almaniyalı futbolçu, rəqibin heç də zəif komanda olmadığını deyib:

“Hisslərim son dərəcə mənfidir, çünki oyunun sonunda hər şeyi əldən verdik. Ancaq bir xal da pis nəticə olmazdı. Biz “Mançester Siti”ni saxladıq, özümüzü 80 dəqiqə fəda etdik. Rəqib ancaq bizim istədiyimiz kimi oynaya bildi. Onların çoxlu qol imkanları yox idi. Qol buraxandan sonra passiv oynamağa başladıq. Sadəcə matçı sona çatdırmaq ümidi ilə mübarizə aparırdıq. “Mançester Siti” heç də zəif komanda deyil.

Taktiki dəyişikliklərdən danışmağa başlayan hər kəs bəhanə axtarır. Yorulmuşuq, bu, normaldır. Çox mübarizə aparırıq”.

“Mançester Siti” 6 xalla G qrupunda 1-ci, “Borussiya” isə 3 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button