“Tanrı da karyeramı bitirdiyim üçün kədərlidir” – İbrahimoviç

Zlatan İbrahimoviç peşəkar futbolçu karyerasını bitirməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, özü ilə fəxr etdiyini deyib:

“Artıq azad adamam. Həyatımda yeni səhifə açılır. Bu cür karyeraya sahib olduğum üçün özümlə fəxr edirəm. Səhər yuxudan duranda gördüm ki, yağış yağır. Düşündüm ki, Tanrı da karyeramı bitirdiyim üçün kədərlidir”.

41 yaşlı isveçli İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.

İbrahimoviç İtaliya A Seriyasının cari mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.

O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button