“Bunun səbəbini öyrənə bilsəz, mənə də deyin” – Müsahibə

Azərbaycan millisinin və “Turan Tovuz”un keçmiş baş məşqçisi Əsgər Abdullayevin Komanda.az saytına müsahibəsi:

  • Əsgər bəy, hazırda nə işlə məşğulsuz?
  • Heç bir işlə, evdə otururam.
  • Hansısa klublardan təkliflər olurmu?
  • Yox, hələ sakitçilikdir. Heç bir klubdan təklif almamışam.
  • Təkliflərin olmamasına səbəb nədir?
  • Sizə bir söz deyim, bunun səbəbini öyrənə bilsəz, mənə də deyin. Nə nədir, nə deyil, bilmirəm. Bildiyim tək şey, təklifin olmamasıdır.
  • Nikola Yurçeviçin Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasıyla bağlı fikirləriniz nədir?
  • Vallah, bilirsiz, zaman həm həkimdir, həm də hakim. İndi nəsə demək, fikir söyləmək düzgün deyil. Hər şeyi zamana buraxmaq lazımdır.
  • Sizcə, AFFA rəhbərliyi nə üçün yerli məşqçilərə deyil, əcnəbilərə üstünlük verir?
  • Özlərindən soruşsaz, daha yaxşı olar. Mən kiminsə yerindən, kiminsə yerinə cavab verəsi deyiləm. Hərənin öz düşüncəsi, öz fikri var. Bizim yerli məşqçilərdən də öz sözünü deyənlər var. Yenə də, bunu onlardan soruşsaz, yaxşıdır.
  • Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsizmi?
  • Belə deyək də, deyim “hə, mütəmadi izləyirəm”, yox. Baxır da, düşəndən-düşənə.
  • Bu mövsüm hansı komandanın çempionluq şansı yüksəkdir?
  • Oyunları mütəmadi izləmədiyimə görə, dəqiq fikir söyləyə bilmərəm. Real iki namizəd var – “Neftçi” və “Qarabağ”. Sözün düzü, oyunlarını daimi izləyə bilmirəm deyə, dəqiq nəsə bilməyəcəm. Turnir cədvəli göstərir ki, bu iki komandadan biri çempion olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button