Orxan Məmmədov TFF prezidenti ilə görüşdü

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb.

Komanda.az xəbər verir ki, görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb.

Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button