“Onlarla mübarizə aparmaq çətin olacaq” – PSJ-nin futbolçusu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə qarşılaşacaq PSJ-nin müdafiəçisi Tiaqo Silva açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Silva, rəqib və oyunla bağlı bunları deyib:

“Biz Çempionlar Liqasındayıq və 1/4 final mərhələsindəki hər komanda layiq olduğu üçün burdadır. “Atalanta” rəqibləri üçün problem yaradan komandadır, çox sürətli üç hücumçusu var. Onlarla mübarizə aparmaq çətin olacaq. Məncə, açıq oyun gedəcək, onlar da bizim kimi topla çox yaxşı oynayırlar. Yaxşı hazırlaşsaq, oyunu yüksək səviyyədə keçirə bilərik, çünki futbolçularımızın yaxşı keyfiyyətləri var. Yaxşı hazırlaşmağımız, çox çalışmağımız lazım olacaq. Bütün komanda bunun fərqindədir”.

1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.