“Onların doğru seçim edəcəyinə inanıram” – Qattuzo

Bir müddət əvvəl “Milan”dan ayrılan Cennaro Qattuzo İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Qattuzo, 2017-ci ildən çalışdığı A Seriyası təmsilçisi haqda bunları deyib:

“Milan”da olmaq inanılmaz idi. Futbolçu kimi də, məşqçi kimi də. Bu kluba olan borcum çoxdur. Ayrılmaq qərarını əvvəldən vermişdim. “Milan”la Çempionlar Liqasına vəsiqə qazanacaqdımsa da, yenə də ayrılacaqdım.

“Milan”ın yeni baş məşqçisinin kim olacağını bilmirəm. Ancaq klub peşəkar insanların əlindədir. Onların doğru seçim edəcəyinə inanıram”.

Qattuzo 2017-ci ildən “Milan”a rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv geridə qalan mövsümdə A Seriyasını 68 xalla 5-ci sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button