“Olimpiakos”un prezidenti koronavirusa qalib gəldi

Yunanıstanın “Olimpiakos” klubunun sahibi və prezidenti Evangelos Marinakis koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Marinakis koronavirus testinin müsbət nəticə verdiyini martın 10-da öz “İnstaqram” hesabında açıqlamışdı. Bu gün isə o, artıq xəstəliyə qalib gəldiyini və tam sağaldığını bəyan edib. Klub rəhbəri bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Marinakis həm də İngiltərənin “Nottingem Forset” klubunun sahibidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button