“Olimpiakos” rəsmisi Azərbaycan futbolunu və Əliyarın təyinatını ələ saldı

FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasının Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirləcək “Olimpiakos” – AEK (Afina) matçını idarə edəcəyi barədə məlumat vermişdik.

Komanda.az xəbər verir ki, bu təyinat birmənalı qarşılanmayıb. “Olimpiakos”un vitse-prezidenti Kostas Karapapas Afina təmsilçisinə qarşı keçirəcəkləri qarşılaşmanın azərbaycanlı hakim tərəfindən idarə edilməsinə etiraz edib. Klub rəsmisi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:

“Nəhayət, federasiya bizi dinlədi! Böyük liqadan hakim təyin etdilər. Məlumdur ki, Azərbaycan çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Seriya A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!”

Oyun martın 1-də keçiriləcək. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button