“O, bu oyunda özünün ən yaxşı versiyası deyildi” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kevin De Bruynenin Erlinq Halandla münasibətini və Premyer Liqanın 10-cu turunda “Sauthempton” üzərində qələbəni (4:0) şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, De Bruynenin Halanda çox kömək etdiyini deyib:

“Hərəkət, sürət və Halanda edilən ötürmələrlə De Bruyne çox kömək edir. Kevin ötürmə etdi, amma daha yaxşı oynaya bilərdi. Bu oyunda o, özünün ən yaxşı versiyası deyildi.

Ötən mövsüm bizə problem yaradan komandaya qarşı çox yaxşı oynadıq. Sistemimizi, topla hərəkətimizi dəyişdik. Komandamız real qol epizodları yaratdı. Daha yaxşı hücumlar qura bilərdik, amma hər şey qaydasındadır”.

“Mançester Siti” 23 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button