“Mançester Siti”nin qapıçısının “müştəri”si var

Qapıçı Ceyms Trafford bu yay “Mançester Siti”dən ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” ingiltərəli futbolçunu transfer etməkdə maraqlıdır. Klub bu mövsümün sonunda qolkiper üçün transfer təklifi verməyə hazırdır.

Trafford 2025-ci ildə 31 milyon avroya “Bernli”dən “Mançester Siti”yə keçib. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir. 23 yaşlı qapıçı bu mövsüm bütün yarışlarda 13 oyunda iştirak edib, 10 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button