“Qarabağ”ı məğlub etməyə çalışacağıq”

İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Vilyarreal”la oyundan (1:1) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, “Qarabağ”la eyni qrupda mübarizə aparan Təl-Əviv təmsilçisinin baş məşqçisi oyunu dəyərləndirib:

“Yaxşı mübarizə apardıq. İkinci hissədə oyunumuzu dəyişdirdik. Daha çox qol epizodu yaratdıq. Qalib gəlməyə layiq idik.

Qrupun taleyi bizdən asılıdır. Növbəti turda “Qarabağı” məğlub etməyə çalışacağıq. Həmçinin “Vilyarreal”ın “Sivasspor”a məğlub olmamasını istəyəcəyik. Növbəti tura çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button