
Stounz ehtiyatda qalmasının səbəbini bilmir
“Mançester Siti”nin müdafiəçisi Con Stounz mövsümün ikinci yarısında niyə az oynadığı haqda danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunu deyib:
“Çətin mövsümdür. Düşünürəm ki, mövsümün ilk hissəsində kifayət qədər çox oyun keçirdim, iştirak etdim, amma dekabrda kiçik bir zədə aldım və geri qayıdanda… Bu, futboldur. Niyə oynamadığıma dair heç bir cavabım yoxdur”.
Mövsümün sonunda klubdan ayrılacaq Stounz, sonuncu dəfə İngiltərə Premyer Liqası matçında 26 oktyabrda start heyətində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



