
“Karrikin gülümsəmək üçün hər cür səbəbi var”
Sabiq futbolçu Qari Nevill, “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikin İngiltərə klubundakı işini şərh edib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, 44 yaşlı mütəxəssis haqda bunu deyib:
“Karrikin gülümsəmək üçün hər cür səbəbi var. “Everton”la matçda onun əvəzetmələri nəticə gətirdi. Benjamin Şeşko oyunu xilas etdi, çünki komanda həmin matçda həqiqətən də ən yaxşı formada deyildi”.
“Qırmızı şeytanlar” 27-ci turun oyununda səfərdə “Everton”u 1:0 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



