“Neqativ düşünmək istəmirəm” – “Milan”ın kapitanı

“Milan”ın kapitanı David Kalabriya Çempionlar Liqasının yarımfinalının “İnter”lə keçirilən cavab matçını (1:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün çox çalışdıqlarını dilə gətirib:

“Heç kim bizi bu turnirin yarımfinalda gözləmirdi. Qələbə qazanmaq üçün hər şey etdik. Neqativ düşünmək istəmirəm.

Bundan sonra bütün diqqətimizi İtaliya A Seriyasına yönəltməliyik. İlk dördlüyə düşmək üçün çox çalışmalıyıq”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

“Neradzurra”nın finaldakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button