“Neftçi”nin serblərlə yoxlama oyunu ləğv olundu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin bir yoxlama görüşü ləğv olunub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin yanvarın 15-də Serbiya təmsilçisi “Baçka Topola” ilə keçirməsi planlaşdırılan oyun baş tutmayacaq.
Buna səbəb həmin gün komandanın Polşa “Medz Leqnisa”sı ilə üz-üzə gəlməsidir. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın ləğvinə qərar veriblər.
Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə Macarıstan “Vaşaş”ı ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-dakı son qarşılaşmasında Serbiya klubu “Srvena Zvezda” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin