Lider darmadağınla qalib gəldi

Birinci divizionda 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Mingəçevir” – “Kəpəz-2” matçında qalib müəyyənləşməyib. “Neftçi-2” “Qarabağ-2” ilə oyunda darmadağına imza atıb. “Səbail-2” isə “İmişli” üzərində inamlı qələbəyə sevinib. “Qaradağ Lökbatan” da “Şamaxı-2” ilə oyunda məğlubiyətlə üzləşib.

İkinci oyun günündə “Sumqayıt”ın əvəzediciləri evdə MOİK-ə uduzub. “Qəbələ” və “Turan Tovuz”un əvəzedici komandalarının oyununda isə meydan sahibləri qələbə qazanıblar.

Lider “Araz Naxçıvan” doğma meydanda “Zirə”nin əvəzedici komandası ilə qarşılaşıb. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib.

Birinci divizion
21-ci tur
13 mart

Neftçi-2 – Qarabağ-2 3:0
Qol
: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00

Səbail-2 – İmişli 2:0
Qol
: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 15:00

Qaradağ Lökbatan – Şamaxı-2 0:1
Qol
: Asim Əlizadə, 51.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan OİK stadionu, 15:00

Mingəçevir – Kəpəz-2 1:1
Qol
: Roman Hüseynov, 59 – Nemət Musayev, 8.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00

14 mart

Sumqayıt-2 – MOİK 0:1
Qol
: İlham Allahverdiyev, 58-pen.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00

Qəbələ-2 – Turan Tovuz-2 2:0
Qol
: Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54.
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00

15 mart

Araz Naxçıvan – Zirə-2 3:0
Qol
: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button