“Neftçi”dən ayrıldı, Rumıniya klubu ilə anlaşdı

Mövsümün sonunda “Neftçi”dən ayrılan Petru Rakunun yeni klubu müəyyənləşib.

Komanda.az Moldova mətbuatına istinadən xəbər verir ki, azad agent olan 31 yaşlı futbolçu, Rumıniyanın “Petrolul” klubu ilə anlaşıb. Moldavalı futbolçunun yeni klubu ilə 1+1 illik müqavilə bağladığı bildirilir.

Keçən mövsümün ikinci yarısında “ağ-qaralar”a qoşulan futbolçu, Bakı klubunun heyətində cəmi iki oyun keçirmiş, qol hesabını aça bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button