“Neftçi” “Zirə”yə məğlub oldu

Aprelin 11-də Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.

Komanda.az verir ki, ilk oyun günündə bir qarşılaşma olub. Lider “Qarabağ” autsayder, Premyer Liqanı tərk etməyə əsas namizəd olan “Səbail”lə üz-üzə gəlib və darmadağına sevinib.

Dünən daha iki oyun olub. Günün ilk matçı Tovuzda keçirilib. “Turan Tovuz” doğma meydanda “Sabah”ı qəbul edib və əzmkar qələbəyə sevinib.

Sumqayıtda isə eyniadlı komanda “Şamaxı” ilə qarşılaşıb. Üç qolluq bu oyunda isə qonaqlar qələbə qazanıblar.

Turun qalan oyunları bu gün keçirilib. “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Tura “Neftçi” – “Zirə” matçı ilə yekun vurulub. Altı qolluq oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası, 30-cu tur

11 aprel

Səbail – Qarabağ 1:4
Qollar: David Qomis, 72 – Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 19:00

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 7. Madi Keta.
Məşqçi: Elvin Məmmədov.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov.

12 aprel

Turan Tovuz – Sabah 2:1
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 – Anatoli Nuriyev, 14
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu, 17:00

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

Sumqayıt – Şamaxı 1:2
Qollar: Roi Kehat, 9 – Maykl Tuik, 57. Alfons Msanqa, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç,  11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Şamaxı: 1. Rikardo Fernandes, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 32. Vasiliye Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.

13 aprel

Kəpəz – Araz-Naxçıvan 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu, 17:00

Kəpəz: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 41. Seymur Xəlilov, 11. Trent Buhagiar, 10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k),v2. Slavik Alxasov,v26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev

Neftçi – Zirə 2:4
Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 23 – Rafael Utziq, 43-pen; 75-pen. Davit Volkov, 61. Ceyhun Nuriyev, 77.
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Neftçi Arena”, 19:15

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button