“Neftçi” “Sabah”la matça ciddi itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan”la oyununda (1:1) zədələnən “Neftçi”nin hücumçusu Bassal Sambunun vəziyyətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, “neftçilər”in hücumçusunun zədəsinin ciddi olmadığı məlum olub və o, artıq kollektivlə məşqlərə qayıdıb.

Sambu cəza səbəbindən ölkə kubokunun yarımfinal mərhələsinin “Sabah”a qarşı keçiriləcək hər iki matçında iştirak etməyəcək.

“Araz-Naxçıvan”la görüşdə zədələnən digər futbolçu Mustafa Sekin də “Sabah”a qarşı ilk matçda meydana çıxması sual altındadır. Andrey Ştoqrin və Emin Mahmudovun da müalicə səbəbindən “Sabah”la görüşdə oynamayacağı gözlənilir.

“Neftçi” – “Sabah” matçı bu gün “Neftçi Arena”da keçiriləcək və oyuna 19:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button