“Neftçi” bu məsələdə öndə gedən klubdur” – Kamran Quliyev

“Neftçi” klubu ilə “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi bağlanıb.

Komanda.az xəbər verir ki, imzalama mərasimində “Neftçi”nin prezidenti Kamran Quliyevçıxış edib:

“Türkiyədən gələn qonaqları salamlayıram. Klubumuz ənənəyə sadiq olaraq portnyorlar şəbəkəsini genişləndirir. Bu günə kimi Türkiyə və Azərbaycanın məşhur markaları ilə işbirliyi içindəyik. Bu ənənəni davam etdiririk. Bu gün də Türkiyənin tibb sektorunda ən tanınmış markalarından olan “Liv Bona Dea Hospital”la əməkdaşlıq müqaviləsi imzaladıq. Bu sözləşmə bizim üçün şərəflidir. Çünki qardaş ölkədən gələn böyük qurumdur. “Neftçi” bu məsələdə öndə gedən klubdur. Tibb sektorunda da ilk böyük müqaviləni biz bağlayırıq”.

“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek də fikirlərini bildirib:

“Azərbaycana yeni gələn markayıq. Artıq qardaşlarımıza da xidmət göstəririk. Markanın Türkiyədən məşhurluğu sənətçiyə və idmançıya verdiyi xidmətlə bilinir. Bunu Azərbaycanda da başlamaq qərarına gəldik və ölkənin ən köklü klublarından biri ilə əməkdaşlığa başladıq. Bizə burada ilk qucaq açan, qonaq edənlərdən biri oldular”.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “ağ-qaralar”ın sağlamlıq sponsoru olacaq. “Neftçi”, “Neftçi-2” və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman ehtiyaclarının qarşılanmasına dəstək veriləcək.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button