Naqelsmann “Borussiya”nın “sükanı arxasına” keçə bilər

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya”nın hazırkı baş məşqçisi Edin Terziçin komandadakı gələcəyi şübhə altındadır.

Almaniyalı mütəxəssis 2022-ci ildən bu komandanı çalışdırır.

Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatske Naqelsmannın böyük pərəstişkarıdır.

“Borussiya” Almaniya Bundesliqasında 25 turdan sonra 47 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button