İnsinye ABŞ klubu ilə razılaşdı

“Napoli”nin futbolçusu Lorenso İnsinye karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Toronto” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, İnsinyenin MLS təmsilçisi ilə razılaşdığı bildirilib.

İnsinyenin “Toronto” ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. İtalyan hücumçu MLS klubuna keçsə, illik 9,5 milyon avro qazanacaq.