“Napoli” futbolçusunu icarəyə göndərib

“Napoli”nin yarımmüdafiəçisi Canluka Qaetano “Kalyari”yə keçib.

Komanda.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu mövsümün sonuna kimi, satınalma şərti olmadan icarəyə götürülüb.

Qaetano “Napoli”nin heyətində ümumilikdə 31 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, son iki mövsümü “Kremoneze”də icarədə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button