“Napoli” “sükan”ı ona tapşırmaq istəyir

“Napoli” rəhbərliyi baş məşqçi postuna axtarışlarını davam etdirir.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Neapol klubu Vinçentso İtalianonu baş məşqçi postuna dəvət etmək istəyir.

46 yaşlı mütəxəssisdən başqa, qısa siyahıda Raffaele Palladino (“Montsa”) və Françesko Farioli (“Nitsa”) yer alıb.

“Napoli”ni hazırda Françesko Kalzona çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button