MY Sautqeytin namizədliyindən imtina edib

“Mançester Yunayted” İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytlə bağlı planları barədə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, MY rəhbərliyi ingilis mütəxəssisi baş məşqçi postuna prioritet namizədlərdən biri kimi görürdü.

“Mançester Yunayted” Sautqeyti dəvət etməmək qərarına gəlib. Rəhbərlik hesab edir ki, onun mümkün təyinat vaxtı komandaya zərər verə bilər. İngiltərəli mütəxəssis milli komandanı yalnız iyulda başa çatacaq Avropa çempionatında çalışdıracaq.

“Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haq gələn mövsüm də postunda qala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button