MY 60 milyon avroluq transferə hazırlaşır

“Napoli”nin müdafiəçisi Kim Min Jae karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 26 yaşlı futbolçu üçün tələb olunan 60 milyon avronu ödəməyə hazırdır.

Cənubi koreyalı futbolçu 2022/23 mövsümündə Neapol təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button