MY-nin qapıçısı Azərbaycan millisinə qarşı niyə oynamayacaq?

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Slovakiya seçməsinin heyətində dəyişiklik olub.

Komanda.az xəbər verir ki, qapıçı Martin Dubravka heyətdən kənarlaşdırılıb.

Buna onun zədədən əziyyət çəkməsi səbəb olub. 33 yaşlı qolkiperi Polşa “Pyast”ının üzvü Frantişek Plax əvəzləyib.

Müqavilə ilə İngiltərənin “Nyukasl” klubuna məxsus olan Dubravka icarə əsasında “Mançester Yunayted”də çıxış edir.

Bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button