MY-nin istədiyi futbolçu qərarını verdi

Adı “Mançester Yunayted”lə yanaşı çəkilən “Lion”un futbolçusu Mussa Dembele karyerası ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “qırmızı şeytanlar”a keçməyə razılıq verib. Karyerasını yenidən İngiltərədə davam etdirmək istəyən futbolçunun “Mançester Yunayted”in təklifinə müsbət yanaşdığı bildirilir.

“Lion” da futbolçunun komandadan ayrılmasına mane olmur. Fransa təmsilçisi 100 milyon avro müqabilində hücumçunun yay transfer dövründə klubdan ayrılmasına razılıq verəcək.

Futbolçunun “Çelsi”, “Mançester Siti”, “Tottenhem” kimi klubların da hədəfində olduğu bildirilir. Fransalı futbolçu, cari mövsümdə çempionatda iştirak etdiyi 24 oyunda 13 qol, 1 məshuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button