MY Qrinvudu “Barselona”nın hücumçusu ilə dəyişməyə hazırdır

“Mançester Yunayted” hücumçusu Meyson Qrinvudu “Barselona”ya satmağı düşünür.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” kataloniyalılarla potensial mübadilə məsələsini müzakirə etməyə hazırdırlar. “Mançester Yunayted” Qrinvudu çox az oyun şansı qazanan “Barselona”nın hücumçusu Vitor Rokenin əvəzində satmağa hazır olacaq.

Daha əvvəl braziliyalı hücumçunun agenti açıq şəkildə bildirib ki, rəhbərlikdən müəyyən zəmanətlər almasalar, Roke yayda “Barselona”dan ayrılacaq. 

Qrinvud bu mövsümü “Xetafe”də icarə əsasında keçirir və La Liqada 30 matçda 8 qol vurub, 6 məhsuldar ötürmə edib. Roke İspaniya çempionatında 11 oyun keçirib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button