Duqlas Kosta Braziliya klubu ilə razılaşdı

Müqavilə ilə “Yuventus”a məxsus olan, icarə əsasında “Bavariya”da çıxış edən Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçi “Qremio” klubu ilə razılaşıb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Xəbərdə, Kostanın keçidinin yaxın zamanda açıqlanacağı bildirilib.

Bu mövsüm “Bavariya” ilə 22 oyunda bir qol vuran Kostanın icarə müqaviləsinin müddəti yaya qədərdir. Yarımmüdafiəçi “Yuventus” klubuna məxsusdur.