MS yetirməsinin “Mançester Yunayted”ə keçidinə mane ola bilər
“İpsviç”in hücumçusu Liam Delap hazırda yaxşı təsir bağışlayır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu yaxın gələcəkdə top-klublardan birinə keçə bilər.
21 yaşlı forvardın oyunu ilə “Mançester Yunayted” və “Çelsi”nin diqqətini cəlb etdiyi bildirilir. Həmçinin, “Mançester Siti” də öz yetirməsini komandaya qaytara və digər klublara keçidinə mane ola bilər. “Şəhərlilər” adətən yetirmələri ilə ayrıldıqda, müqavilədə geri satınalma ehtimalını nəzərə alırlar. Ancaq heyətdə Erlinq Halandın olması bu variantın aktivləşməsinə mane ola bilər.
Delap Premyer Liqanın cari mövsümündə 12 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə verib. “Mançester Siti” onu yayda 17,85 milyon avroya “İpsviç”ə satıb.
Bizi Facebook-da izləyin