Mourinyo “Vest Hem”ə rəhbərlik edə bilər

Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 61 yaşlı məşqçi “Vest Hem”lə müqavilə imzalaya bilər. İngiltərə klubunun hazırkı baş məşqçisi David Moyesin müqaviləsi mövsümün sonunda başa çatır və Mourinyo hazırda əsas namizədlərdən biridir.

Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. O, 2021-ci ildən İtaliya komandasına rəhbərlik edib. Bu müddət ərzində “Roma” ümumilikdə 96 oyun keçirib, 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button