“Modriçin Türkiyə millisi ilə matçdakı oyununa baxın!”

“Çelsi”nin və Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç yığmadakı komanda yoldaşı Luka Modriç haqda danışıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, o, “Modriçin varisi ola bilərsizmi” sualını cavablandırıb:

“Luka hələ çox oynaya bilər. Onun Türkiyə millisi ilə son matçdakı oyununa baxın! Gənc futbolçu kimi görünürdü. Məncə, o, AÇ-2024-də, hətta növbəti dünya çempionatında da mübarizə aparacaq”.

37 yaşlı Modriç Xorvatiya yığmasının heyətində 164 oyuna çıxıb və 23 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button